BAKI, 5 fevral. TELEQRAF

“Mərkəzi Asiya ABŞ üçün prioritetdir, Donald Tramp administrasiyanın növbəti üç il üçün siyasəti məhz bu prinsip üzərində qurulacaq”.

Teleqraf xəbər verur ki, bunu ABŞ prezidentinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor deyib.

“Prezident Trampdan mənə birbaşa və açıq göstəriş var, ABŞ bu regionla işləmək istəyir. Bölgə ABŞ üçün prioritetdir, administrasiyamızın növbəti üç il üçün siyasətini məhz bu prinsiplə qurmaq niyyətindəyik. ABŞ uzun müddət bu regiona kifayət qədər diqqət yetirməyib. Prezident Trampın rəhbərliyi ilə bunu dəyişdirmək istəyirik”, - Qor bildirib.

ABŞ rəsmisi qeyd edib ki, bu prioritet Oval Ofisdən (Ağ Ev) gəlir:

“Bu, diqqət yetirdiyimiz məsələdir, siyasətimizi bu prinsiplə qururuq. Bu, hər iki tərəf üçün faydalıdır. Ən yaxşı texnologiya və imkanlar bizdədir. Regional ölkələr və tərəfdaşlarla əməkdaşlığı məhz bu istiqamətdə qurmaq istəyirik”.