BAKI, 13 yanvar. TELEQRAF

“Sanksiya siyasəti Avropa İttifaqı (Aİ) ölkələrini iqtisadi durğunluğa gətirib çıxarıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə deyib.

Spiker bildirib ki, bu ölkələrin hazırkı liderləri qlobal məsələlərə daha məsuliyyətli yanaşma sərgiləyən siyasətçi və qüvvələrə yol verməlidirlər.

“İqtisadiyyatları durğunluq içindədir, artım yoxdur. Bu hərəkətlərinin nəticələrini nəzərə almalıdırlar. Bu siyasəti həyata keçirənlər istefa verməli və dünya nizamına daha məsuliyyətli yanaşma sərgiləyən digər siyasi lider və qüvvələrə yol verməlidirlər”, - Volodin vurğulayıb.