BAKI, 19 dekabr. TELEQRAF

Avropa İttifaqı gələcəkdə müsəlman ölkələrinin aktivlərini onların ənənəvi dəyərləri qoruyan qanunlarına görə müsadirə etməyə cəhd göstərə bilər.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“İndi Ukraynada xüsusi hərbi əməliyyatın (müharibə) keçirilməsi və neonasizmlə (Ukrayna hakimiyyəti) mübarizə kiminsə xoşuna gəlmir. Sabah isə, məsələn, kiməsə LGBT icması ilə bağlı siyasət xoş gəlməyə bilər. Müsəlman və ya İslam ölkələrində onların ənənəvi və mahiyyət etibarilə bizimlə də ortaq olan dəyərləri qoruyan çox sərt qanunlar var”, - o bildirib.

Putinin sözlərinə görə, Rusiyada belə qanunlar yoxdur, amma müsəlman ölkələrində mövcuddur: “Buyurun, onda gəlib suveren fondlar, suveren resurslar və pulları müsadirə edəcəklər. Niyə də yox? Başqa bir bəhanə də tapa bilərlər”.