BAKI, 18 dekabr. TELEQRAF
S-400 zenit-raket kompleksləri mövzusu Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Aşqabaddakı görüşünün gündəliyində olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, biz belə hesab etmirik. Bu mövzu gündəlikdə olmayıb”, - Kremlin nümayəndəsi bildirib.
“Bloomberg” agentliyi bundan əvvəl Ərdoğanın Aşqabadda Putinlə son görüşü zamanı Türkiyənin S-400-ləri geri qaytarmaq istəyi məsələsini qaldırması barədə məlumat yaymışdı.