Qazaxıstanda KİV, telekommunikasiya şəbəkələri və onlayn platformalarda LGBT və pedofiliyanın təbliğini qadağan etmək beynəlxalq hüququ pozmur.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan ədliyyə nazirinin müavini Botaqoz Jakselekova bildirib.
Senatda (parlamentin yuxarı palatası) çıxış edən nazir müavini deyib ki, Qazaxıstan müxtəlif beynəlxalq müqavilələrin tərəfdaşıdır.
Jakselekovanın sözlərinə görə, vətəndaşın LGBT-nin üzvü olması Qazaxıstan qanunvericiliyi və beynəlxalq hüquq baxımından pozuntu sayılmır:
“Biz bunun üçün məsuliyyət müəyyən etmirik. Bu yalnız LGBT-nin ictimai təbliği ilə bağlıdır. Bu, Qazaxıstan tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilələrə uyğundur”.
Qazaxıstan Senatı dekabrın 18-də ilk oxunuşda KİV, telekommunikasiya şəbəkələri və onlayn platformalarda LGBT və pedofiliyanın təbliğini qadağan edən qanunu qəbul edib.