BAKI, 10 dekabr. TELEQRAF

“Artıq bəzi Qərb elitaları yeni çoxqütblü dünya nizamının bərqərar olmasının dönməzliyi və bu prosesi ləngitməyin mümkünsüzlüyünü dərk edirlər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, Rusiya hələ 2007-ci il Münxen Konfransından sonra dünyanın çoxqütblü olmasının qaçılmazlığı və bu obyektiv tarixi prosesi ləngitmək cəhdlərin mənasızlığı barədə danışır.

“İndi isə beynəlxalq münasibətlərin iştirakçıları arasında bizimlə həmrəy olanların sayı getdikcə artır. Artıq bəzi Qərb elitaları da yeni çoxqütblü dünya nizamının bərqərar olmasının dönməzliyi və bu prosesi ləngitməyin mümkünsüzlüyünü dərk edirlər”, - Lavrov bildirib.