BAKI, 10 dekabr. TELEQRAF

“Rusiya gələn il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi zamanı təşkilatın potensialı və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə kömək edəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Gələn il Rusiya KTMT-yə sədrlik edəcək. Biz regional sabitliyin qorunması üçün etibarlı mexanizm olan bu təşkilatın potensialı və beynəlxalq mövqeyinin gücləndirilməsi maraqları naminə müttəfiqlərimizlə sıx əməkdaşlığa sadiqik”, - o bildirib.