BAKI, 9 dekabr. TELEQRAF
Yaponiya ilk dəfə olaraq dekabrın 19-20-də Tokioda beş Mərkəzi Asiya ölkəsinin – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın iştirakı ilə C5+1 sammitinə ev sahibliyi etməyi planlaşdırır.
Teleqraf xəbər verir, ki bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
Gündəliyə Baş nazir Sanae Takaiçi ilə region ölkələrinin liderləri arasında ikitərəfli danışıqlar da daxildir.
Hakim Liberal-Demokrat Partiyası sədrinin müavini Taro Aso bildirib ki, Rusiya, Çin və ABŞ ilə Mərkəzi Asiya sammitlərini nəzərə alaraq, Yaponiya regionda diplomatik fəaliyyətini gücləndirməlidir.
“Diplomatik nöqteyi-nəzərdən Yaponiya üçün belə sammitlərin uğurla keçirilməsi çox vacibdir”, - o qeyd edib.