BAKI, 8 dekabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Fələstin Prezidenti Mahmud Abbasla telefonla danışıb.

Teleqraf xəbər verir ki, söhbət zamanı Qazaxıstan və Fələstin arasında əlaqələrin davamlı inkişafının vacibliyi vurğulanıb.

Prezidentlər siyasi dialoqun gücləndirilməsi, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.

Həmsöhbətlər beynəlxalq gündəliyin aktual problemləri, o cümlədən Yaxın Şərqdəki vəziyyətin nizamlanması ətrafında fikir mübadiləsi aparıblar.

Qazaxıstan lideri regionda iki dövlət həlli əsasında təcili olaraq davamlı sülh və sabitliyin yaradılmasına yönəlmiş beynəlxalq səyləri dəstəklədiyini bildirib.

Kasım-Jomart Tokayev Mahmud Abbası ona uyğun vaxtda Astanaya səfərə dəvət edib.