BAKI, 6 dekabr. TELEQRAF

Rusiya Dövlət Duması və KTMT Parlament Assambleyasının sədri Vyaçeslav Volodin Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Turqunbek-ulu ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Müzakirə zamanı iki ölkənin parlamentlərinin nümayəndələrinin qarşıdan gələn birgə iclası və KTMT Parlament Assambleyasının gələn həftə Moskvada keçiriləcək XVIII plenar iclası müzakirə olunub.

Vyaçeslav Volodin noyabrın 30-da Qırğızıstan keçirilən növbədənkənar parlament seçkilərində Nurlanbek Turqunbek-ulunu qələbəsi münasibətilə təbrik edib.