BAKI, 6 dekabr. TELEQRAF

Dekabrın 5-də axşam saatlarında Pakistan və Əfqanıstan qüvvələri arasında Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında artilleriyanın iştirakı ilə atışma baş verib. İslamabad və Kabil bir-birini hücumu təhrik etməkdə ittiham edir.

Teleqraf xəbər verir ki, bu barədə “Dawn” məlumat yayıb.

Pakistan rəsmilərinin sözlərinə görə, Əfqanıstan qüvvələri ölkə ərazisinə minaatanlardan atəş açıb.

Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid isə bildirib ki, Əfqanıstan ordusu Qəndəhar əyalətinin Spin Boldak rayonunda Pakistanın zərbələrinə cavab verir.

Atışma yerli vaxtla axşam saat 22:00 radələrində başlayıb və gecə saatlarına qədər davam edib. Üç yaralı rayon xəstəxanasına çatdırılıb. İtkilər barədə məlumat verilmir.