BAKI, 4 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Türkmənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Rusiya lideri dekabrın 12-də Aşqabadda keçiriləcək Beynəlxalq Sülh və Etimad Forumunda iştirak edəcək.

Səfər Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə baş tutacaq.