BAKI, 4 dekabr. TELEQRAF

Qazaxıstan Senatı pedofiliya və LGBT təbliğatının qadağan edilməsi haqqında qanun layihəsinin müzakirəsini bugünkü iclasın gündəmindən çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti məlumat yayıb.

Qərar qanun layihəsinin daha da təkmilləşdirilməsi ilə bağlıdır.

Qanun uşaqları onların sağlamlığı və inkişafını zərərli məlumatlardan qorumaq məqsədi ilə ictimai məkanda pedofiliya və qeyri-ənənəvi cinsi oriyentasiyanı təbliğ edən məlumatları kütləvi informasiya vasitələri, sosial şəbəkələr və digər onlayn platformalarda məhdudlaşdıran normaları nəzərdə tutur.

Xatırladaq ki, noyabrın 12-də Qazaxıstan Milli Məclisi sözügedən qanun layihəsini təsdiqləyib.