BAKI, 1 dekabr. TELEQRAF

Qırğızıstanda növbəti parlament seçkiləri üçün onlayn səsvermə sisteminin tətbiqi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov beynəlxalq müşahidəçilər ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu tədbir seçici fəallığını 40 faizdən 80 faizə yüksəldəcək.

Xatırladaq ki, noyabrın 30-da Qırğızıstanda növbədənkənar parlament seçkiləri keçirilib.