BAKI, 1 dekabr. TELEQRAF

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbolotov vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilən Rüstəm Mamasadıqov Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.