BAKI, 26 noyabr. TELEQRAF
Noyabrın 28-də Özbəkistanın bütün məscidlərində yağış duası (istisqa) oxunacaq, namaz qılınacaq.
Teleqraf xəbər verir ki, bu qərarı Özbəkistan Müsəlmanları İdarəsi uzun davam edən quraqlıq səbəbindən qəbul edib.
İnanclılar Özbəkistan müftisi Nuriddin Xoliknazarın təşəbbüsü ilə cümə namazından sonra iki rükət istisqa namazı qılacaqlar. Bildirilib ki, bu ənənə qədim İslam praktikasına aiddir və quraqlıq dövrlərində tətbiq olunub.
Namazdan əlavə, bölgələrdəki mərkəzi məscidlərdə xeyriyyə aksiyası keçiriləcək, ehtiyacı olanlara qurban əti paylanacaq.
Həmçinin cümə namazından əvvəl idarəyə tabe olan İslam təhsil müəssisələrində müəllimlər və tələbələr Səhih əl-Buxarinin hədislər toplusunu birlikdə oxuyacaqlar.