BAKI, 24 noyabr. TELEQRAF

Qırğızıstanın Mərkəzi Seçki və Referendum Komissiyası Joqorku növbədənkənar parlament seçkilərində iştirak edəcək vətəndaşların yekun siyahısını hazırlayıb.

Teleqraf xəbər verir ki, 4 milyon 294 min 243 seçici nəzarət siyahısına daxil edilib.

Onlardan 2 milyon 81 min 514 nəfəri kişi, 2 milyon 212 min 729 nəfəri qadındır.

Seçicilərin yekun siyahısı noyabrın 25-dək 2492 seçki məntəqəsində yerləşdiriləcək.

Xatırladaq ki, Qırğızıstanda Joqorku Keneş üçün növbədənkənar seçkilər noyabrın 30-da keçiriləcək.

Qırğızıstan Prezidenti Sadır Japarov seçkiləri şəxsən izləyəcək. Dövlət başçısı ölkədə sabitliyi pozmağa yönəlmiş istənilən cəhdin uğursuz olacağını bildirib.

Növbədənkənar parlament seçkiləri üçün 467 namizəd qeydə alınıb.