BAKI, 21 noyabr. TELEQRAF

Qazaxıstan Ermənistanla hava əlaqəsini bərpa etməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın iqtisadiyyat naziri Serik Jmanqarin məlumat verib.

Nazir bildirib ki, İrəvan hava limanında xidmət xərcləri yüksəkdir - hər sərnişin üçün 65 dollar, hər ton aviatəyyarə yanacağı üçün isə 1248 dollar.

“Biz onun hansısa şəkildə subsidiyalaşdırılmasından danışırıq. Bu şərtlər daxilində həm SCAT, həm də “FlyArystan” uçuşlar həyata keçirməyə hazırdır”, - Jumanqarin qeyd eidb.