BAKI, 13 noyabr. TELEQRAF
Kanada hökuməti Rusiya əleyhinə sanksiya siyahılarına bir sıra yeni müəssisə və şirkətləri əlavə edib.
Teleqraf xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Rusiyanın bəzi enerji şirkətlərinin olduğu siyahıya Qırğızıstanın “Capital Bank of Central Asia” və A7 sərhədarası ödəniş platforması da daxil edilib.
Kanada xarici işlər naziri Anita Anand açıqlayıb ki, məhdudiyyətlər Ukrayna ətrafındakı münaqişə ilə bağlıdır.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib. Sanksiyalar yalnız Rusiya şirkət və banklarına deyil, həm də Mərkəzi Asiya, Çin, Hindistan və Tayland biznesinə tətbiq olunub. Siyahıya Qırğızıstandan iki şirkət də əlavə edilib: “Old Vector” və “Grinex”.