BAKI, 20 oktyabr. TELEQRAF

“Qoşunların hazırkı mövqelərdə saxlanılması ilə bağlı Rusiyanın danışıqlar xətti dəyişməz olaraq qalır”.

Teleqraf xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin hazırkı mövqelərdə dayandırılmasını və detalların sonra müzakirə olunmasını təklif etməsi barədə Amerika mətbuatının məlumatlarını şərh edərkən bildirib.

“Bu, media xəbəridir. Ümumiyyətlə, bu məsələ ilə bağlı çoxsaylı müxtəlif bəyanatlar olub. Rusiya-Amerika təmasları zamanı da bu mövzu müxtəlif nüanslarla dəfələrlə qaldırılıb və Rusiya tərəfi hər dəfə cavab verib. Bu cavab hamıya məlumdur: Rusiya Federasiyasının mövqeyi ardıcıl olaraq qalır”, - o vurğulayıb.