BAKI, 20 oktyabr. TELEQRAF

Qazaxıstan və Rusiya hüquq-mühafizə orqanları MDB ölkələri üzrə “Axtarış” adlı birgə əməliyyat keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin əməliyyat-istintaq qrupları birgə əməliyyat-axtarış tədbirləri keçirmək üçün Qazaxıstana gəlib. Öz növbəsində Qazaxıstanın polis qurumlarının operativ qrupları oxşar əməliyyatlar keçirmək üçün Rusiyaya gedib.

“Əməliyyatın iki günü ərzində Qazaxıstan və Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən 286 şübhəli müəyyən edilərək saxlanılıb. 55 itkin düşmüş şəxs, o cümlədən 8 azyaşlı tapılıb”, - Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kanat Nurmaqambetov bildirib.