BAKI, 19 oktyabr. TELEQRAF

Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftənin sonunda danışıqları Türkiyədə davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavadca Asif "X" hesabında məlumat verib.

“Heyətlər 25 oktyabrda İstanbulda yenidən görüşəcək və bütün detalları müzakirə edəcəyik”, – nazir bildirib.

O, həmçinin Pakistan və Əfqanıstan arasında atəşkəs razılaşmasının əldə olunduğunu da təsdiqləyib.