BAKI, 17 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş yaxın iki həftə ərzində baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Hər iki tərəf başa düşür ki, bu, təxirəsalınmaz görüşdür”, - Peskov bildirib.
Kremlin nümayəndəsi əlavə edib ki, görüşün Macarıstanda keçirilməsi qarışlıqlı razılaşma əsasında olub.
Xatırladaq ki, oktyabrın 16-da Rusiya və ABŞ liderləri arasında telefon danışığı keçirilib. Söhbət zamanı iki lider Macarıstanın paytaxtı Budapeştdə görüş barədə razılığa gəlib.