BAKI, 16 oktyabr. TELEQRAF
Maxtumquli adına Türkmən Dövlət Universitetində “Mahmud Kaşğarinin “Divan lüğət ət-türk” əsərində sülh və etimadın rolu” adlı beynəlxalq elmi konfrans keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Türkmənistan Elmlər Akademiyası, YUNESKO komissiyası və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə baş tutub.
İştirakçılar Kaşğarinin yaradıcılığında ifadə olunan humanist və sülhməramlı ideyaları və onların müasir beynəlxalq münasibətlərə uyğunluğunu müzakirə ediblər.
Xatırladaq ki, alimin əsəri 2017-ci ildə YUNESKO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilib və 2024-2025-ci illərdə 950 illik yubileyi qeyd olunur.