BAKI, 15 oktyabr. TELEQRAF
“NATO iri, sürətli addımlarla Üçüncü Dünya müharibəsinə doğru gedir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
Deputatın fikrincə, buna NATO-nun Rusiyaya qarşı təşəbbüsləri səbəb ola bilər.
Kolesnik NATO-nun ayrı-ayrı üzv dövlətlər üçün məhdudiyyətləri aradan qaldıracaq ümumi hava hücumundan müdafiə sistemi yaratmağa hazırlaşdığını və bu addımın eskalasiyaya səbəb olacağını iddia edib. O vurğulayıb ki, əgər alyans Rusiya təyyarələrinə qarşı aqressiv addımlar atarsa, Rusiya da onların təyyarələrini məhv etməklə eyni cavabı verməyə hazırdır.
NATO baş katibi Mark Rutte bundan əvvəl alyans ölkələrinə təhlükə yaradacaq Rusiya təyyarələrinin vurulacağını istisna etməmişdi.