BAKI, 15 oktyabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın Çinin Amerika soya məhsullarını almaq istəməməsinə cavab olaraq Çin mallarından imtina etmək cəhdləri elə ABŞ-nin özünə zərər verir”.

Teleqraf xəbər verir ki, bu barədə Çin XİN-in sözçüsü Lin Syan bildirib.

“Ticarət və rüsum müharibələrində qalib yoxdur, onlar heç bir tərəfin maraqlarına uyğun deyil”, – çinli diplomat deyib.

Syanın sözlərinə görə, Pekinin Vaşinqtonla ticari-iqtisadi əməkdaşlığın tənzimlənməsi məsələsində mövqeyi dəyişməz qalır. O qeyd edib ki, Çin və ABŞ bu kimi problemləri qarşılıqlı hörmət və bərabər məsləhətləşmələr əsasında həll etməlidir.