BAKI, 14 oktyabr. TELEQRAF

Aşqabadda Türkmənistan və Rusiya gömrük xidmətləri ölkələr arasında mallar və nəqliyyat vasitələrinin daşınması üçün gömrük prosedurlarının sadələşdirilməsinə dair saziş imzalayıblar.

Teleqraf xəbər verir ki, sənədə Türkmənistan Dövlət Gömrük Xidmətinin sədri Maksat Xudaykuliyev və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Sergey Şklyayev imza atıb.

Bundan əlavə, Türkmənistan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclasının nəticələrinə əsasən, tərəflər bir sıra ikitərəfli sazişlər imzalayıblar. Bunlara Türkmənistan Kənd Təsərrüfatı Nazirliyi ilə Rusiya Dövlət Reyestri arasında 2025–2026-cı illər üçün əməkdaşlıq planı və həmçinin Türkmənistan Dövlət Mal və Xammal Birjası ilə Sankt-Peterburq Birjası arasında əməkdaşlıq sazişləri daxildir.