BAKI, 9 oktyabr. TELEQRAF
“Rusiya ilə ABŞ arasında dialoqda ciddi fasilə yaranıb”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Həqiqətən də dialoq prosesində, (Ukrayna ilə bağlı) İstanbul danışıqlarının inkişafında ciddi fasilə yaranıb”, - Kreml sözçüsü qeyd edib.
Peskov əlavə edib ki, Ukrayna rəhbərliyi hələ də sənədlərlə bağlı heç bir cavab verməyib: “Heç nə irəli getmir”.