BAKI, 9 oktyabr. TELEQRAF

Qazaxıstan Senatı Qətərlə razılaşmanı təsdiqləyib.

Teleqraf xəbər verir ki, sənəd Qazaxıstan vətəndaşlarının Qətərdə rəsmi məşğulluğu üçün hüquqi baza yaradır və tərəflərin qarşılıqlı öhdəliklərini nəzərdə tutur.

Müqaviləyə və standart əmək müqaviləsinə əsasən Qətər işəgötürənləri qazaxıstanlı işçiləri aşağıdakılarla təmin etməlidirlər:

Qazaxıstandan Qətərə və geriyə uçuş;

Təchiz olunmuş mənzil (və ya yaşayış üçün müavinət);

Yaşayış yerindən işə daşıma vasitələri (və ya daşınma xərclərinin ödənilməsi);

Ən azı üç həftəlik illik ödənişli məzuniyyət, habelə əlavə üç günlük məzuniyyət.

“Müqavilə mütəxəssislərin işə götürüləcəyi standart əmək müqaviləsini, habelə hərəkətlərin əlaqələndirilməsi və yaranan problemlərin həlli üzrə Birgə Komitənin yaradılmasını nəzərdə tutur”, - Senatdan bildiriblər.