BAKI, 2 oktyabr. TELEQRAF
Türkmənistanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Atacan Mövlamov Pakistan baş nazirinin xarici əlaqələr, biznes və tcarət üzrə gənclər proqramının yeni koordinatoru Ş. Memonla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın “Vestiabad” xəbər agentliyi məlumat yayıb.
Görüşdə ticari-iqtisadi əlaqələrin inkişafı və Türkmənistanın enerji layihələrinin icrası müzakirə edilib.
Səfir Türkmənistanda yeni Arkadağ şəhərinin salınmasından da danışıb.
Tərəflər ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.