BAKI, 2 oktyabr. TELEQRAF
Türkmənistan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Sərdar Berdiməhəmmədov Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirib.
Teleqraf xəbər verir ki, iclasda təhlükəsizlik orqanlarının 2025-ci ilin ilk doqquz ayı üzrə fəaliyyəti müzakirə edilib.
Müdafiə qabiliyyəti, maddi-texniki bazanın müasirləşdirilməsi, kadr hazırlığı, qanunun aliliyinin təmin edilməsi məsələləri diqqət mərkəzində olub.
Dövlət Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri Begenç Gündoğdıyev orduda rəqəmsal texnologiyaların tətbiqi, xidmət şəraitinin yaxşılaşdırılması, müstəqilliyin 34-cü ildönümü ilə bağlı keçirilən hərbi paradın nəticələri barədə məlumat verib. Prezident ordunun daha da müasirləşdirilməsinin və çağırış kampaniyasına nəzarətin vacibliyini vurğulayıb.
Milli təhlükəsizlik naziri Nəzər Ataqarayev qurumların rəqəmsallaşdırılmasından, Dövlət Sərhəd Xidmətinin rəisi Yazgəldi Nuryev sərhəd infrastrukturunun inkişafından danışıb.
Sərdar Berdiməhəmmədov bəyan edib ki, ölkənin müdafiə qabiliyyətinin və hərbi müdafiə doktrinası çərçivəsində sabitliyin gücləndirilməsi prioritet olaraq qalır.