BAKI, 1 oktyabr. TELEQRAF

“Vladimir Putinlə Volodimir Zelenski arasında görüş yalnız ekspertlər səviyyəsində hərtərəfli hazırlıqdan sonra baş tuta bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Kiyev danışıqları dayandırdığı üçün hazırda Rusiya ilə Ukrayna arasında yüksək səviyyəli təmaslara hazırlaşmaq mümkün deyil.

Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərinin 2 milyard avroluq Kiyevə köçürülməsi planına toxunan Peskov qeyd edib ki, bu, mülkiyyət toxunulmazlığı prinsipinə inamı sarsıdır.