BAKI, 1 oktyabr. TELEQRAF

Qazaxıstan parlamentinin bu gün keçirilən plenar iclasında “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərdə radioaktiv materialların transsərhəd daşınması haqqında Sazişin ratifikasiyası haqqında” qanun qəbul edilib.

Teleqraf xəbər verir ki, saziş Qazaxıstan Hökuməti tərəfindən 2020-ci il noyabrın 6-da MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində imzalanıb.

Sazişin ratifikasiyası zərurəti MDB-yə üzv dövlətlərin səlahiyyətli orqanlarının addımlarının ardıcıllığının zəruriliyi, icazə sənədlərinin qarşılıqlı tanınması və bir sıra dövlətlərin ərazilərini əhatə edən radioaktiv materialların beynəlxalq daşınması zamanı təhlükəsizliyin təmin edilməsinin vahid üsullarının zəruriliyi ilə əsaslandırılıb.