BAKI, 29 sentyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İtaliya Prezidenti Sercio Mattarellanı birinci dərəcəli “Dostluq” ordeni ilə təltif edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Astanada italiyalı həmkarı ilə görüşdən sonra bildirib.

“İtaliya Qazaxıstanın Avropa İttifaqında mühüm və etibarlı strateji tərəfdaşıdır. Bu gün iki ölkə arasında möhkəm dostluq əlaqələri qurulub. Bütün səviyyələrdə əməkdaşlığımız sürətlə inkişaf edir. İtaliya Prezidenti bu müsbət prosesi dəstəkləyir və mühüm töhfə verir. Bunu yüksək qiymətləndirirəm. Buna görə də mən bu gün Zati-aliləri Prezident Sercio Mattarellaya birinci dərəcəli “Dostluq” ordeni təqdim etdim”, – Kasım-Jomart Tokayev qeyd edib.