BAKI, 29 sentyabr. TELEQRAF
Türkmənistan Minskdə keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasında baş nazirin müavini səviyyəsində iştirak edəcək.
Teleqraf xəbər verir ki, iclasda iqtisadi əməkdaşlıq, elmi və texnoloji təşəbbüslərin inkişafı, nüvə enerjisindən dinc məqsədlərlə istifadə də daxil olmaqla bir sıra əsas məsələlər müzakirə olunacaq.
Gündəliyə meşə təsərrüfatı, kənd təsərrüfatı və tikinti sahələrində əməkdaşlıq, eləcə də müxtəlif sektorlarda rəqəmsal texnologiyaların tətbiqi daxil olmaqla 15 məsələ daxildir. Əsas diqqətçəkən məqamlar arasında MDB-nin 2030-cu ilə qədər İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin həyata keçirilməsi üzrə fəaliyyət planının təsdiqi, eləcə də birlik ölkələrində 2026-cı ilin “Səhiyyə ili”nə hazırlıq daxildir.