BAKI, 29 sentyabr. TELEQRAF
Oktyabrın 1-3-də, eləcə də ayın 6-da Çin Qazaxıstanla sərhəddə yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların avtomobil keçidlərindən keçməsini məhdudlaşdıracaq.
Teleqraf xəbər verir ki, müvəqqəti məhdudiyyətlər Çində dövlət bayramları ilə əlaqədardır.
Məhdudiyyətlər sərhəddəki bütün avtomobil keçidlərinə təsir edəcək: Baxt-Pakitu, Dostik-Alaşanku, Koljat-Dulata, Maykapçaqay-Zimunai və Nur Joli-Xorqos.