BAKI, 26 sentyabr. TELEQRAF

Özbəkistan xarici işlər nazirinin müavini Müzəffərbek Madraximov və ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Brent Kristensen nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kristensenin sözlərinə görə, Vaşinqton terrorizm və təhlükəsizlik sahəsində digər ümumi çağırışlarla mübarizədə əməkdaşlığa görə Daşkəndə minnətdardır.

O qeyd edib ki, nüvə sahəsində əməkdaşlığa dair memorandumun imzalanması iki ölkə arasında nüvə enerjisi sahəsində daha geniş əməkdaşlığa zəmin yaradacaq.