BAKI, 25 sentyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İsveçrə Prezidenti Karin Keller-Zutter ilə görüşüb.

Teleqraf xəbər verir ki, prezidentlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə bildirilib ki, Türkmənistan və İsveçrə beynəlxalq arenada neytrallıq prinsiplərinə sadiqdir, bu, beynəlxalq səviyyədə əməkdaşlığın genişləndirilməsi, sülhün və sabitliyin möhkəmləndirilməsi üçün möhkəm zəmin rolunu oynayır.

Həmsöhbətlər ticarət və investisiya sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini də müzakirə ediblər. Maliyyə, əczaçılıq sənayesi və yaşıl enerji əməkdaşlığın perspektivli sahələri kimi müəyyən edilib.

Sərdar Berdiməhəmmədov Karin Keller-Zutteri ölkəsinə səfərə dəvət edib.