BAKI, 23 sentyabr. TELEQRAF
Qırğızıstan hökuməti Tacikistan hökuməti ilə geodeziya, kartoqrafiya, torpaq idarəçiliyi, kadastr tədqiqatları, daşınmaz əmlakın qeydiyyatı və uzaqdan zondlama sahələrində əməkdaşlıq haqqında sazişi təsdiq edib.
Teleqraf xəbər verir ki, sənəd 2025-ci il iyulun 8-də Düşənbədə imzalanıb.
Qərara əsasən, sazişin həyata keçirilməsi üçün məsul orqan Torpaq Sərvətləri, Kadastr, Geodeziya və Xəritəçəkmə üzrə Dövlət Agentliyi təyin edilib.
Xarici İşlər Nazirliyinə tapşırılıb ki, sənədin qüvvəyə minməsi üçün Qırğızıstan Respublikasının bütün zəruri dövlətdaxili prosedurları yerinə yetirməsi barədə Tacikistan tərəfini xəbərdar etsin.