BAKI, 23 sentyabr. TELEQRAF

“Hizb ut-Təhrir” dini ekstremist təşkilatının lideri Qırğızıstanda saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, ekstremist ideologiyanı təbliğ edən və özünə tərəfdarlar toplayan Qırğızıstan vətəndaşı, 1986-cı il təvəllüdlü M.K.N. Milli Təhlükəsizlik Komitəsi tərəfindən saxlanılıb:

“O, əvvəllər ekstremist fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb edilib. Onun yaşadığı ünvana baxış zamanı ekstremist məzmunlu dini ədəbiyyat götürülüb, müvafiq ekspertiza aparılır”.