BAKI, 23 sentyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov BMT Baş Assambleyasının təşkilatın 80 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli plenar iclasında iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkmənistanın neytrallığı üç dəfə BMT-nin qətnamələri ilə tanınıb və bu, onun sülh, etimad və beynəlxalq əməkdaşlığı gücləndirməyə yönəlmiş xarici siyasətinin əsasına çevrilib.

Türkmənistanın təşəbbüsü ilə Baş Assambleya bir sıra əsas qətnamələr qəbul edib. Bunlara 2023-cü ilin “Sülhün təminatı kimi Beynəlxalq Dialoq İli” və 2025-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan edilməsi daxildir. Bundan başqa, 2022-ci ildə “Mərkəzi Asiyada Sülh, Etimad və Əməkdaşlıq Zonası” haqqında qətnamə təsdiqlənib.