BAKI, 22 sentyabr. TELEQRAF
“Rusiya strateji tərəfdaşı Türkmənistanla Xəzər dənizi regionunda əməkdaşlığı davam edəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova ad günü münasibətilə təbrik məktubunda bildirib.
“Rusiya ilə Türkmənistan arasında münasibətlər dərinləşmiş strateji tərəfdaşlıq xarakteri daşıyır və siz onun inkişafına mühüm töhfə verirsiniz. Dost xalqlarımızın mənafeyi, Mərkəzi Asiya və Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi naminə ikitərəfli və beynəlxalq məsələlər üzrə birgə işimizi davam etdirəcəyik”, - Vladimir Putin qeyd edib.