BAKI, 22 sentyabr, TELEQRAF
Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni məxfi silah əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In bəyan edib.
“Biz yeni məxfi silah əldə etmişik. Müdafiə elmi və tədqiqatları sahəsində döyüş potensialının kəskin artırılmasına böyük töhfə verəcək xeyli uğurlar əldə edilib", - o bildirib.
Kim Çen In KXDR-in “dəniz dövlətinin qurulmasında ilk mühüm addım” adlandırdığı esmineslərin yaradılmasını xatırladıb.
Onun sözlərinə görə, ölkə öz strateji qüvvələrini və seriyalı silahların xüsusiyyətlərini davamlı olaraq gücləndirir.
Şimali Koreya lideri həmçinin ölkənin nüvəsizləşdirməyə getməyəcəyini bildirib. O, nüvə silahından imtina çağırışlarının ölkənin konstitusiya quruluşuna qəsd etməyə bərabər olduğunu qeyd edib.