BAKI, 16 sentyabr. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova barəsində axtarış elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Pamfilov 2024-cü ildə axtarışa verilib. Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbərinə “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb.

2018-ci ildən Pamfilova Ukraynanın “Mirotvorets” ekstremist saytının məlumat bazasına salınıb.