BAKI, 10 sentyabr. TELEQRAF

Özbəkistanda minimum pensiya yaşı artırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Pensiya Fondunun icraçı direktoru Murodbek Otajonov bildirib.

Pensiya islahatı layihəsinə əsasən, kişilər üçün pensiya yaşının hazırkı 60-dan 63-ə, qadınlar üçün isə 55-dən 58-ə yüksəldilməsi nəzərdə tutulur. Proses mərhələli şəkildə - hər il yarım il əlavə edilməklə həyata keçiriləcək.