BAKI, 2 sentyabr. TELEQRAF

“Pakistan Trans-Əfqanıstan nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini vacib hesab edir”.

Teleqraf xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

İki ölkə arasında qarşılıqlı səfərlər zamanı kənd təsərrüfatı, polad emalı, dəmir yolu və nəqliyyat sahələrində əməkdaşlığımızın inkişafına yönəlmiş sənədlər imzalanıb. Xüsusilə, Belarusdan başlayıb Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstandan keçən və Pakistanda başa çatan nəqliyyat dəhlizinin yaradılması ilə bağlı. Mənim üçün bu dəhliz son dərəcə əhəmiyyətli görünür”, - baş nazir vurğulayıb.