BAKI, 22 avqust. TELEQRAF

“Rusiya və MDB ölkələri Qərb ölkələrinin ənənəvi dəyərlərlə mübarizəsi kontekstində ümumi kino dilini qoruyub saxlamalıdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əgər söhbət MDB məkanından gedirsə, deməli, bizi həm də ölkələrimiz üçün vahid informasiya məkanı yaratmağa imkan verən vahid dil məkanı birləşdirir. Hörmətli həmkarlar, ümumi MDB məkanımız çərçivəsində kino əməkdaşlığı bizim ümumi tariximizin, ortaq mədəni sahəmizin, xalqlarımız arasında ən sıx əlaqələrin təbii nəticəsidir.

Müəyyən dərəcədə bizim bütün kinomuz, o cümlədən MDB respublikalarında yaradılanlar ümumi kino məktəbində böyüyüb. Hamımız sovet kinosu klassiklərinin varisləriyik. Məhz buna görə də hamımız üçün ümumi dildə danışmaq belə asandır. Bu, təkcə rus dili yox, vahid semantik dil barədədir”, - diplomat bildirib.