BAKI, 27 may. TELEQRAF

“Rusiyanın Ukrayna ilə birbaşa danışıqlar yeri kimi İstanbulu seçməsi Moskvanın Ankara ilə münasibətlərinə dəyər verdiyini göstərir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

“Rusiyanın Ukrayna ilə birbaşa danışıqlar platforması kimi İstanbulu seçməsi əlaqələrimizə böyük önəm verdiyini söyləmək imkanı verir”, - diplomat bildirib.

Türkiyə xarici işlər naziri səmimi qəbula görə Rusiyaya minnətdarlığını bildirib və mayın 26-da Kremldə Prezident Vladimir Putinlə görüşün əhəmiyyətini qeyd edib. Fidan həmçinin əlavə edib ki, münasibətlərin uzun tarixi Rusiya və Türkiyəyə bölgədə və dünyada sülh, sabitlik və rifahı təmin etməyə imkan verir.