BAKI, 20 may. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 69 pilotsuz uçan aparat (PUA) və 52 hərbi sursatdan istifadə etməklə Belqorod vilayətinin 8 rayonuna zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya regionunun qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Qladkovun sözlərinə görə, hava zərbələri zamanı iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Regional administrasiyanın rəhbəri Ukrayna PUA və sursatlarının əksəriyyətinin Rusiya Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.