BAKI, 20 may. TELEQRAF

"Hindistan yaxın gələcəkdə Pakistanla normal münasibətləri bərpa etmək imkanı görmür".

Teleqraf xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin müavini Vikram Misri bildirib.

“Yaxın gələcəkdə Pakistanla normal münasibətlərdən söhbət gedə bilməz”, - diplomat deyib.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlisinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham etsə də Pakistan bunu qəti şəkildə rədd edir.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib. Pakistan Hindistanın mayın 10-dakı hərbi zərbələrinə də sərt şəkildə cavab verib.